Təqvim
BDU-da “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib (+FOTOLAR)
25 aprel 2019 - 00:06

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində“Uydurma erməni soyqırımı: reallıqlar və faktlar”  mövzusunda tədbir keçirilib.

BDU-nun rektoru Elçin Babayev uydurma soyqırımı iddiasının heç bir əsasa malik olmadığını, ermənilərin tarixi hadisələri saxtalaşdıraraq bundan daim Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib. Qeyd edib ki, erməni diasporası qondarma erməni soyqırımı məsələsində aldıqları dəstək qarşılığında hər dəfə daha da azğınlaşır və prosesi daha böyük miqyasda həyata keçirməyə çalışırlar. Lakin faktlar və tarixi mənbələr bu iddiaların cəfəngiyyatdan başqa bir şey olmadığını göstərir. Son illərdə Azərbaycan dövlətinin seçdiyi diplomatik hücum taktikasının verdiyi bəhrələrdən, ermənilərin mövqeyinin günü-gündən zəifləməsindən danışan rektor bütün bu uğurların kökündə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin dayandığını qeyd edib. Dövlət başçısının bu siyasətinin, eyni zamanda, sevincli və kədərli günümüzdə bizimlə olan dost və qardaş Türkiyə ilə bağlı olduğunu bildirən rektor dəfələrlə arxivlərin açılması çağırışının edilməsinə baxmayaraq, ermənilərin bu məsələdən yayındıqlarını əslində soyqırımı faktının olmamasına sübut kimi dəyərləndirib.

Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli “24 aprel - uydurma erməni soyqırımının ifşası” mövzusunda məruzə edib. O, qondarma erməni soyqırımınınOsmanlı Türkiyəsində yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddia olduğunu bildirib. Qərb dövlətlərinin Osmanlını aradan qaldırmaq üçün hazırladıqları hərbi-təcavüzkarlıq planlarından danışan Atamoğlan Məmmədli Qafqazda, Eçmiədzin kilsəsinin fəal iştirakı ilə erməni terrorçu ünsürlərinin təlimat və silahlarla təchiz edilərək Şərqi Anadoluya göndərilməsindən, Osmanlı dövlətində müxtəlif millətlərə və dinlərə münasibətdən bəhs edib. Böyük dövlətlər tərəfindən Osmanlının daxili işlərinə qarışmaq planları haqqında məlumat verənAtamoğlan Məmmədli bu istiqamətdə osmanlı vətəndaşları olan ermənilərdən və Rusiyadan gəlmə erməni terrorçularından istifadə olunduğunu vurğulayıb, “Hınçaq” və “Daşnaksütyun” terror təşkilatlarının pozuculuq fəaliyyətləri barədə dədanışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov isə ermənilərin guya soyqırıma məruz qalmaları barəsində əsassız iddiaları və onların mahiyyəti barədə fikirlərini bölüşüb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə