Təqvim
BSU tələbələri Cocuq Mərcanlıya yola düşüblər
16 aprel 2019 - 02:55

Canveten.az xəbər verir ki, aprelin 15-də Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində könüllü olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanıblar.

BSU tələbələrini Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov, təcrübə rəhbəri kimi Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə müşaiyət ediblər. Cocuq Mərcanlıya yola düşən tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə təşkil etdiyinə görə BSU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Gənc müəllimlər Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməyi qürurverici hal kimi dəyərləndirərək Vətənimizin gələcəyi naminə çalışmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyiblər. Tələbələr bildiriblər ki, pedaqoji təcrübə Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsinə düşdüyü üçün Cocuq Mərcanlı kənd orta məktəbində vətənpərvərlik mövzusunda bir sıra tədbirlər, şeir müsabiqələri keçirəcəklər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə