Təqvim
ADPU tələbələrinin hazırladıqları möhtəşəm filmin təqdimatına günlər qaldı: “ŞƏHİDİMİN HEKAYƏSİ” – RƏSMİ TRAİLER - (+VİDEO)
02 aprel 2019 - 03:53

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən ictimai təşkilatların  təşkilati dəstəyi ilə  Şıxməmmədov Şıxməmmədin layihə rəhbəri olduğu “Şəhidimin hekayəsi” layihəsi çərçivəsində çəkilən “Şəhidimin Hekayəsi” filminin rəsmi traileri yayımlanıb. Yaxın günlərdə filmin təqdimatı baş tutacaq.

Layihənin icra forması:

Layihə çərçivəsində ADPU-un fədakar tələbə-gənclərindən ibarət komanda Bakı və Sumqayıt şəhərləri və şəhərətrafı qəsəbə və kəndlərdə, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında yaşayan Şəhid ailələri və yaxınlarıyla görüşərək onların xatirələrini dinləyib,  Şəhidlərimizin həyat yollarını əks etdirən film hazırlanıb.

Yaxın günlərdə Nizami kino Mərkəzində Şəhid ailələri, qazilər, universitet və dövlət qurumlarının nümayəndələrinin, həmçinin tələbələrin iştirakı ilə hazırlanmış filmin təqdimatı keçiriləcək.

Detallar:

-  1 saat 45 dəqiqəlik filmin ərsəyə gəlməsi üçün 3 ay ərzində  20 müxtəlif Şəhid ailəsində, o cümlədən, Ağdam, Horadiz və Cocuqmərcanlıda çəkilişlər aparılmışdır.

        Şəhidlər xalqın varlığı, gələcəyə atılan inamlı addımlarının sütunu, vətənin bünövrəsidir. Buna görə də, hər bir müqəddəs Vətən Şəhidinin həyat və mübarizə yolları biz gənclərə örnək, onları yetişdirən Ailələr, valideynlər ibrət ocaqlarıdır.

       Onlar Vətən üçün, Azərbaycan üçün gözlərini qırpmadan ölümün gözünə dik baxdılar. Bizim bugünki vəzifəmiz də onları yaşatmaq, onlardan öyrənməkdir. “Şəhidimin hekayəsi” layihəsi də bu müqəddəs amaldan, qayədən boy verib.

Layihənin məqsədi:

Müstəqil Azərbaycanın var olması və bu günə çatması uğruna Canlarını fəda edən qəhrəman Şəhidlərimizin nümunəvi həyat hekayələrinə ailələri, onları tanıyanların xatirələrində səyahət etmək, bu müqəddəs həyatları bir daha əbədiləşdirməkdir.

Filmin rəsmi trailerini aşağıdakı videoda izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=ezrDvmnxuFE

Taleh Mirzəyev, ADPU

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə