Təqvim
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı
24 aprel 2024 - 20:46

VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 

 

“Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir. Çağırışçıların qoşun növləri üzrə bölgüsü həyata keçirilir, onlar təyin olunduqları hərbi hissələrə göndərilir.
Azərbaycanın mərd, igid övladları kimi Masallı gəncləri də torpaqlarımızın müdafiəsinə daim hazır olduqlarını, vətənpərvərliyin əsas nümunəsini  44 günlük Vətən müharibəsi zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə daha dolğun şəkildə nümayiş etdirdilər. Bu gün də belədir. Cəsur, mübariz övladlarımız hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirməkdən ötrü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.
SHXÇDX Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədovla görüş zamanı o, bildirdi ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qalib dövlətin müzəffər ordusunda xidmət edəcəklər: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində ordumuz daha da güclənir, hərbçilərimizin döyüş ruhu yüksək səviyyədədir. Regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimiz Vətən müharibəsində əsl qəhrəmanlıq, yüksək peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi...”
Şöbə rəisi əlavə etdi ki, bu gün müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilən gənclərimiz qarşıdakı üç ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcəklər.
Şöbənin əməkdaşları tərəfindən çağırışçılara şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə olunur.
Mübariz Bədəlov nəvəsi Yunis Əsgərovu, Elşad Abbasov qohumu Fazil Abbasovu, Əlizahir Hənifəyev nəvəsi Kamranı hərbi xidmətə böyük sevinc hissi ilə yola salır, onların qalib əsgər kimi şərəfli bir missiyanı yerinə yetirəcəklərilə fəxr etdiklərini dilə gətirirlər.
Ərkivan qəsəbəsindən Ramal Gözəlov, Qədirli kəndindən Emil Ağayev, Köçəklidən Tərlan Kərimov, Həsənlidən Ruslan Cəbiyev, Musaküçədən Səid Əlizadə və digər çağırışçılar şanlı ordumuzun sıralarında nümunəvi xidmət edəcəklərinə söz verirlər.
Dəmirçi kənd sakini, veteran müəllim Asif Abbasov:
– Müqəddəs sandığımız torpaq hər kəsdən çox əsgər üçün əmanətdir. Məhz onların sayəsində qədim yurdumuz düşmən tapdağından xilas edildi. Əldə etdiyimiz Zəfər müstəqil və qüdrətli dövlətimizin gücünü göstərdi. Bu gün oğullarımızı rəşadətli orduya yola salır, qalib sərkərdəyə etibar edirik. Nəvəm Raqilin də Vətənə layiqli övlad kimi xidmət edəcəyinə əminəm...
Gənclər onlar üçün ayrılmış avtobuslara minərək müddətli həqiqi hərbi xidmətə yola düşürlər.
Uğurlar olsun!

 

Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə