Sərrast atıcı, xilaskar döyüşçü Vətənə, torpağa bağlılığın yurda olan sevgin, el-obaya bəslədiyin məhəbbətindir. Xalqımıza əbədi qürur bəxş edən oğullarımızın qəlblərinə hakim kəsilən bu müqəddəs hisslər oldu. Oğlumun bahar ömrün xəzana döndərəndən Əmrah danışdıqca onu qəhər boğur, özünü ələ almağa çalışırdı: “Uşaqlıqdan zəhmətkeş idi. Hər işimizə əl qatmağa, ailəyə dəstək olmağa çalışırdı. Öz istəyilə kəşfiyyat bölməsinə yazılmışdı. Deyird ki, qalıb işləyəcəyəm. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olmaqdan ötrü sənədlərini də hazırlamışdı...” Gülüşləri çəkilib, Könülləri qırılmış bu insanların yaralarını təzədən inlətməkdən ehtiyatlanıram. Akif AĞAYEV,
Hansı ki, igid övladlarımız bu qəhrəmanlığı Vətən müharibəsində, qısamüddətli antiterror əməliyyatları zamanı bütün dünyaya nümayiş etdirdilər – Quru qoşunları hissəsinin kəşfiyyatçısı, komando mənsubu Mehti Abbasov kimi.
Qısa tanıtım: Abbasov Mehti Əmrah oğlu 04 iyul 2004-cü ildə Masallı rayonu Təklə ərazisinin Sığıncaq kəndində anadan olub. 2021-ci ildə şəhid Məhəmməd Qarayev adına Sığıncaq kənd tam orta məktəbini bitirib.
5 iyul 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Goranboy rayonundakı “N” saylı hərbi hissədə xidmət edib.
20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror əməliyyatı zamanı Ağdərə istiqamətindəki döyüşlərdə şəhid olan Silahlı Qüvvələrin əsgəri Mehti Abbasov sentyabrın 21-də anadan olduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Subay idi.
Onun hərbçi olmaq istəyi vardı. Mehtidə bu peşəyə həvəs məktəb illərindən yaranmışdı. Vətən müharibəsi dövründə 16 yaşlı cəsarətli gəncin düşmənə olan hiddəti tarıma çəkilmişdi. Musa Mustafayev, Məmmədağa Bağırov və digər şəhidlərimizin qisasını almağa tələsirdi.
Şəhid ataları özlərini nə qədər toxtatmağa, nə qədər başlarını dik tutmağa çalışsalar belə onların qəlblərini param-parça edən dərd yükünün ağırlığını hiss etmək elə də çətin deyil.
Payız daha mənimçün qızıl fəsil deyil ki...
Hamını sarsıdan o xəbəri eşitdiyi günü şəhid atası belə xatırlayır: “Sentyabrın 20-də, işdə özümü pis hiss etdiyimçün evə tez gəldim. Günorta saatlarında ağrılarım daha da şiddətləndi, bədənimə üşütmə gəldi. Gecə də gözümə yuxu getmirdi. Səhəri birtəhər açıb, bir stəkan çay içərək işə yollandım. Kənd yolunun kənarında insanların yığışıb söhbət etdiklərini görəndə cəbhə bölgəsindəki vəziyyətlə bağlı olduğunu zənn etdim. Sən demə Mehtinin şəhid olmasını hamı bilirmiş. İş yoldaşlarımdan da heç kəs ürək edib deyə bilmədiklərindən səhhətimlə bağlı bəhanə taparaq məni evə göndərdilər. Kəndin girəcəyində isə kiçik oğlumdan zəng gəldi...
Mərmi qəlpəsindən şəhid olmuşdu. Hərbçi dostları deyirlər ki, düşməni təkcə silahla deyil, əliylə, dişiylə məhv etməyə can atan canavar kimi döyüşçü idi Mehti.“
Yerində həsrət bitib.
Sanki oğlundan sonra
Yuxusu əsgər gedib
Şəhid analarının...
Şəhid anası Səkinə xanım bütün ağrı-acılarına rəğmən nakam taleli övladını xatirələrində canlandırmağa çalışır: “Hələ məktəbli ikən çox vaxt televizor önündə əyləşər, cəbhə xəbərlərini diqqətlə izləyərdi. Hətta 44 günlük müharibə günlərində könüllü olaraq döyüşlərə qatılmaq istəyirdi. Onu saxlaya bilmirdik, elə bil zəncirə çəkilmişdi. Dedim bala, axı səni aparmazlar, yaşın azdır. O, isə cavabında: - Ana, qurban olum, mən əsgərliyə gedəndə dua edərsən ki, heç olmasa bir gün müharibəyə düşüm, düşməndən qisas alım...
Bir dəfə yuxuma girmişdi. Məni qucaqlayaraq üz-gözümdəm öpdü. Soruşdum ki, ana qurban, niyə bizdən tez ayrıldın? Dedi ki, sizi atıb getməmişəm, Allah məni çox istədiyindən apardı.”
Sonuncu dəfə, döyüş qabağı kiçik qardaşı Nahidə yazıb ki, evdəkilərə de, haqqlarını halal etsinlər. Özünüzdən muğayat olun.
Telefonla əlaqə saxlayaraq döyüş yoldaşlarından Mehtinin hansı qəhrəmanlıqlara imza atdığını eşitdikcə, ailə üzvlərinin yarı kədər, yarı qürur dolu baxışlarının bir-birinə necə zilləndiyini sezməmək mümkün deyildi...
Gizir Mehdi Fətullayev: “Nizam-intizamlı, nümunəvi, fiziki hazırlıq baxımından güclü əsgər kimi vəzifə borcunu layiqincə yerinə yetirirdi. Döyüş ərəfəsində ruh yüksəkliyi nəzərə çarpacaq idi. Antiterror əməliyyatlarında 60 mm-lik minaatan ona həvalə edilmişdi. 40 mərmidən 39-nu düşmən postuna atıb. Döyüşə-döyüşə irəliləyir, həm də yaralanan əsgərlərimizə yardım edirdi. Qarşı tərəf ağ bayraq qaldıranacan döyüşüb, erməni separatçılarının mövqeləndiyi əraziləri ələ keçirdik. 20 sentyabr, günorta saatlarında Mehtini itirdik. Əsl şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı.”
Minaatan köməkçisi: “Atdığı mərmiləri hədəfə düz yönləndirən bacarıqlı, hünərli döyüşçü idi. Erməni postunu darmadağın etdi.
Bundan əlavə döyüşlərin qızğın vaxtında heç kimin etmədiyini Mehti etdi. Düşmən postuna girib, ordakı ağır yaralı əsgərimizi çiyninə alaraq çıxartdı. Güllə yağışı altında, düşmən snayperinə tuş gəlməkdən qorxmayan Mehti səngər yoldaşı Nəsimi Mahmudovun həyatını xilas etdi.”
Əsgər Nəsimi Mahmudov: “Həyatımın xilaskarı, qorxubilməz döyüşçü, qəhrəman Mehti... Yaddaşıma, ürəyimə adını bu cür yazdı o. Ölçüyəgəlməz fədakar, mərd oğul idi. Dayanmaq bilmirdi. Düşmən üzərinə şığımağa, onların nəfəsini təngitməyə can atır, onlardan şəhidlərimizin qisasını almağa tələsirdi.”
Mehdi adını təkcə ürəylərə deyil, azad olunan torpaqlarımızda dalğalanan bayraq üzərinə də yazmağı bacardı – şəhidlik zirvəsinə ucalmış döyüş yoldaşları gizir Əli Tağıyev, Rəsul Teymurov, əsgər Cavad Məhərrəmov, Devid Cəlilovla birlikdə....
mart, 2024.
Bütün hüquqlar qorunur © 2024