Gülağa Tənha: Ə G Ə R
Könül pərvazlanar, açar qol-qanad,
Ömrü qura bilsən şeytandan azad,
Gözəldi yaşamaq, gözəldi həyat,
İçində gizlənən əgər mələksə.
Yamyaşıl yarpağın sonu xəzəldi,
Doymayan gözlərdi, yedirdən əldi,
Ha deynən, ha danış, mərdlik gözəldi,
Mərdi namərd edər – sınaq çörəksə.
Bizi qara sevda qurban seçibdi,
Eşqin libasını Tanrı biçibdi,
Demə, Əsli-Kərəm vaxtı keçibdi,
Kərəmtək yandırar – sevən ürəksə.
İspaniya, yanvar, 2004
Bütün hüquqlar qorunur © 2025