«Ağlama, ceyran balası, ağlama, Xalq mahnısından Bu uğurun sonu məni səsləyir, Bakı, yanvar, 2009
Gedər gözlərin qarası, ağlama»…
Ağlama, ceyran balası, ağlama.
Üçü səni, onu məni səsləyir,
Ağlama, ceyran balası, ağlama.
Həsrət düzü çiçək-çiçək güllənir,
Dərdin-qəmin gözlərində sellənir,
Sən susanda gur bulaqlar dillənir,
Ağlama, ceyran balası, ağlama.
Çölü- düzü varaqlayır küləklər,
Kimi kimdən soraqlayır küləklər?!..
Tellərini daraqlayır küləklər,
Ağlama, ceyran balası, ağlama.
Boylanmayıb sola-sağa tənhalar,
Batmayıbdı bir günaha tənhalar.
Dərd anlayan bir Gülağa Tənha var,
Ağlama, ceyran balası, ağlama.
Gəl dərdini kirpiyimlə biçim, gəl,
Ağlama, ceyran balası, ağlama!..
Göz yaşını su yerinə içim, gəl,
Ağlama, ceyran balası, ağlama!
Bütün hüquqlar qorunur © 2023