Naxçıvan Muxtar Respublikasına işgüzar səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib. Qeyd olunub ki, sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib. Görüş zamanı öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib. Baş Prokuror Kamran Əliyev möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfər münasibətilə şəxsi heyəti təbrik edib, Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun qələbənin əldə olunmasındakı rolunu vurğulayıb. Daha sonra bir qrup hərbçiyə xidmətdə fərqləndiklərinə görə qiymətli hədiyyələr təqdim olunub. Baş prokuror Kamran Əliyevə sərhəd bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə bağlı ətraflı məlumat verilib.
Bütün hüquqlar qorunur © 2023