Tanınmış yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist, tərcüməçi, bacarıqlı teatr rəhbəri, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun mart ayının 16-da 70 yaşı tamama oldu. Ömrünün 50 ilini ədəbiyyata, jurnalistikaya, incəsənətə, teatr quruculuğuna böyük şərəflə xidmət eləyən, 150-dən çox hekayə, 6 roman, 6 povest, 15 pyes, 20 ssenari, 1000-dən çox publisist yazı, məqalə, oçerk, ressenziya müəllifi, 40-dan çox rollar oynayan, 140-dan çox tamaşalara quruluş vermiş Ağalar İdrisoğlu çox mənalı və maraqlı ömür yaşayıb. Onun bu mənalı, maraqlı ömrünə, bədii yaradıcılığına, rejissorluğuna, aktyorluğuna və hayatına həsr olunan 200-dən çox məqalə, oçerk, ressenziya yazılıb və çap olunub. Ayrı-ayrı şairlərimiz ona 10-dan çox şeir həsr eləyiblər. Bütün bu yazılar və şeirlər “Ömür yolları” adlı kitab kimi çapa hazırlanır. İndi isə biz həmin kitabdan oxuculara Ağalar İdrisoğlunun 70 illiyi münasibətilə aşağadakı şeirləri təqdim edirik. Səhnəmizin Ağaları Tanınmış yazıçı, rejissor, aktyor, jurnalist, Əməkdar incəsənət Bir çox ağası olubdur, bilirik səhnəmizin, 70-ə yetmişə bir bax, nə qədər gəncdir o, Səhnəyə çıxdımı, meydan sulayar, təslim ol, O rejissordu, yazardır, yaradıb saysız əsər, Necə həssas bir insan, bax onun gözlərinə, Başını dik tut əzizim, dönüb ətrafına bax, "Sağlığında gərək insanlara qiymət verilə", Ələmi, fəxridir o, Azərbaycanımızın, Veriləcək qiymətin Gəlib çatdın yetmişə, Nəvələrin yanında, Lilpar CƏMŞİDQIZI (Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr olunur) Yubileyin mübarək Qardaşım Ağalar Açdığın cığırıla Sənin gözəl üzün, Ötsə də ömürdən Yetmiş nədir ki Asta-asta ötüb keçən günlərin, Bölüşübsən sevincini, qəmini, Yetmiş nədi, indən belə yüz yaşa, Gülnar TACLI (Böyük insan, sözün əsl mənasında içindən nur saçan bir ömür yaşamış Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr eləyirəm ) Uca Tanrının payıdı, Söykənər fəhmə, şüura, Söz qoxuyar, sənət dadar, Haqq olub, Haqdan görünər, Söz söyləyər, nəğmə qoşar,
Redaksiyamızın kollektivi adından isə həmkarımızı bir daha 70 illik yubileyi münasibətilə təbrik edirik.
Əli ƏLƏMİ
xadimi, Sumqayıt dostlar klubunun üzvü Ağalar İdrisoğlunun
70 illik yubiley günü (16.03.2020) münasibətilə.
Ağalar bir dənədir, kimsə küsüb inciməsin!
Bu cavan oğlana tanrım verib öz möcüzəsin!
Biləsən, ərşə çıxıb əks-sədası o səsin!
Nəyə əl qoysa, yorulmaz, kişi dərmir nəfəsin!
Qəlbinin sən eşidərsən bir həzin zümzüməsin!
Duymusan, duy, bu həyatın hələ xoş rayihəsin!
Sevmək üçün və sevilməkçün, ay ellər, tələsin!
Sumqayıt, həm də ki "Dostlar klubu" fəxr eləsin!
Tahir ƏLƏKBƏRLİ
(Əziz dostum Ağalar İdrisoğlu. Sizi 70 yaşınız münasibətilə təbrik edirəm)
Düşmə bundan təşvişə.
Boylan bir bax keçmişə.
Gələcəkdir xoş günün,
Veriləcək qiymətin.
Gümrahlıq var canında.
Türk qanı var qanında,
Hər gün artır hörmətin,
Veriləcək qiymətin.
Ey gözəl insan
Şam kimi əridi sənətdə ömrün,
Yüksək pilləsində dayandın səbrin.
Xalq üçün çalışdın, yaşadın hər gün,
Ürəyi Vətənçün döyünən, vuran,
Ömrün uzun olsun ey gözəl insan.
Səhnəni öz evin, ocağın sandın,
Bəzən gecələri uyudun, qaldın.
Millətə xidmətdir ən böyük andın,
Çəkdiyin zəhmətin göründü hər an,
Ömrün uzun olsun ey gözəl insan.
Sevdin Allahını, səcdə eylədin,
Yolunu azana düz yol söylədin.
Haqsızlıq önündə heç baş əymədin,
Qıldın namazını qəlbində iman,
Ömrün uzun olsun ey gözəl insan.
Haqqın, ədalətin carçısı oldun,
Zəhmətlə ən uca adları aldın.
Sadəydin hər zaman, sadə də qaldın,
And yerin Tanrıydı, bir də ki, Quran,
Ömrün uzun olsun ey gözəl insan.
Qəbrin nurlu olsun, Züleyxa ana,
Bir oğul böyütdün, verdin zamana.
Uymadı xəbisə, murdar şeytana,
Kasıba, xəstəyə hey arxa duran,
Ömrün uzun olsun ey gözəl insan.
Neçə əsərləri yazdın, yaratdın,
Teatr sənətin canlı yaşatdın.
Bəzən rollarında kədərə batdın,
Çətin günlərində ummadın aman,
Ömrün uzun olsun ey gözəl insan.
Rüşvəti sevmədin, halalı yedin,
Sözünü mərd kimi hər yerdə dedin.
Çəkdiyin əməyin bəhrəsin gördün,
Çirkaba batmadı, təmizdi vicdan,
Ömrün uzun olsun ey gözəl insan.
Nə varda, nə pulda olmadı gözün,
Yüksək kürsülərdə deyildi sözün.
Dünyanın çox yerin dolaşdın, gəzdin,
Eli, yurdu üçün alışan, yanan,
Ömrün uzun olsun ey gözəl insan.
Yadı doğma bildin, arxa dayandın,
Dərdlini halını bilib duyandın.
Səhv yolla getmədin, durub dayandın,
Kişilik əzminə olmuşam heyran,
Ömrün uzun olsun ey gözəl insan.
Üzündə nur gördüm, işığı təmiz,
Bir dost təəssüratı, doğmadan əziz.
Lilparam, hər yerdə oldum gülərüz,
Çəkdim bu həyatdan, çəkdim mən yaman,
Ömrün uzun olsun ey gözəl insan.
Firdovsi ƏLƏMOĞLU
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr edirəm)
təbrik edirəm,
Ömür gödəlsə də
Sənət gödəlmir.
mən də gəlirəm
Qalxdığın bu zirvə
ölçüyə gəlmir.
Baxıram zəhmətlə
ucalır insan,
Sənə töhfə düşür
bu ucalıqdan.
Xoş təbəssümün
Hər bir oxucuya
tanışdır bu gün.
Sənət zirvəsinə
bu yüksəlməyin,
Hər bir oxucuya
alqışdır bu gün.
bu neçə illər,
Fəqət ağarsa da
qara tellərin
Heç vaxt əyilmədin
Dik oldu başın
Bizlərə örnəkdir
Sənin hünərin!
Nuridə BƏXTİYARQIZI
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna ithaf eləyirəm)
Hərəsində bir oylağın qalıbdı.
Yetmişinə gəlib çatan illərin,
Hərəsində bir növrağın qalıbdı.
Ömür adlı gül-çiçəkli zəmini.
Dənizlərdə ləpələnən gəmini,
Hərəsində bir varlığın qalıbdı.
Bir arzun da, qoy çıxmasın heç boşa.
Adın zirvələrdə, özün yüz yaşa,
Hər ilində bir arzu da çağlasın.
İçindən nur saçan ömür
İçindən nur saçan ömür.
Günəşin əkiz tayıdı,
İçindən nur saçan ömür.
Toxum olar min uğura.
Dünyanı qərq edər nura,
İçindən nur saçan ömür.
Hər zirvəyə əli çatar.
Sabarlara çıraq tutar,
İçindən nur saçan ömür.
Ən uca dağdan görünər.
Min il uzaqdan görünər,
İçindən nur saçan ömür.
İlahi eşqə qovuşar.
Elin yaddaşında yaşar,
İçindən nur saçan ömür.
Bütün hüquqlar qorunur © 2024