Təqvim
Yetmiş illik mənalı ömrün anları
16 mart 2020 - 12:17

 Tanınmış yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist, tərcüməçi, bacarıqlı teatr rəhbəri, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun mart ayının 16-da 70 yaşı tamama oldu. Ömrünün 50 ilini ədəbiyyata, jurnalistikaya, incəsənətə, teatr quruculuğuna böyük şərəflə xidmət eləyən, 150-dən çox hekayə, 6 roman, 6 povest, 15 pyes, 20 ssenari, 1000-dən çox publisist yazı, məqalə, oçerk, ressenziya müəllifi, 40-dan çox rollar oynayan, 140-dan çox tamaşalara quruluş vermiş Ağalar İdrisoğlu çox mənalı və maraqlı ömür yaşayıb. Onun bu mənalı, maraqlı ömrünə, bədii yaradıcılığına, rejissorluğuna, aktyorluğuna və hayatına həsr olunan 200-dən çox məqalə, oçerk, ressenziya yazılıb və çap olunub. Ayrı-ayrı şairlərimiz ona 10-dan çox şeir həsr eləyiblər. Bütün bu yazılar və şeirlər “Ömür yolları” adlı kitab kimi çapa hazırlanır. İndi isə biz həmin kitabdan oxuculara Ağalar İdrisoğlunun 70 illiyi münasibətilə aşağadakı şeirləri təqdim edirik.
Redaksiyamızın kollektivi adından isə həmkarımızı bir daha 70 illik yubileyi münasibətilə təbrik edirik.


Əli ƏLƏMİ

Səhnəmizin Ağaları

Tanınmış yazıçı, rejissor, aktyor, jurnalist, Əməkdar incəsənət 
xadimi, Sumqayıt dostlar klubunun üzvü Ağalar İdrisoğlunun 
70 illik yubiley günü (16.03.2020) münasibətilə.

Bir çox ağası olubdur, bilirik səhnəmizin,
Ağalar bir dənədir, kimsə küsüb inciməsin!

70-ə yetmişə bir bax, nə qədər gəncdir o,
Bu cavan oğlana tanrım verib öz möcüzəsin!

Səhnəyə çıxdımı, meydan sulayar, təslim ol,
Biləsən, ərşə çıxıb əks-sədası o səsin!

O rejissordu, yazardır, yaradıb saysız əsər,
Nəyə əl qoysa, yorulmaz, kişi dərmir nəfəsin! 

Necə həssas bir insan, bax onun gözlərinə,
Qəlbinin sən eşidərsən bir həzin zümzüməsin!

Başını dik tut əzizim, dönüb ətrafına bax,
Duymusan, duy, bu həyatın hələ xoş rayihəsin! 

"Sağlığında gərək insanlara qiymət verilə",
Sevmək üçün və sevilməkçün, ay ellər, tələsin!

Ələmi, fəxridir o, Azərbaycanımızın,
Sumqayıt, həm də ki "Dostlar klubu" fəxr eləsin!


Tahir ƏLƏKBƏRLİ

Veriləcək qiymətin
(Əziz dostum Ağalar İdrisoğlu. Sizi 70 yaşınız münasibətilə təbrik edirəm)

Gəlib çatdın yetmişə,
Düşmə bundan təşvişə.
Boylan bir bax keçmişə.
Gələcəkdir xoş günün,
Veriləcək qiymətin.

Nəvələrin yanında,
Gümrahlıq var canında.
Türk qanı var qanında,
Hər gün artır hörmətin,
Veriləcək qiymətin.

Lilpar CƏMŞİDQIZI
Ey gözəl insan

(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr olunur)
 
Şam kimi əridi sənətdə ömrün,
Yüksək pilləsində dayandın səbrin.
Xalq üçün çalışdın, yaşadın hər gün,
Ürəyi Vətənçün döyünən, vuran,
Ömrün uzun olsun ey gözəl insan.
 
Səhnəni öz evin, ocağın sandın,
Bəzən gecələri uyudun, qaldın.
Millətə xidmətdir ən böyük andın,
Çəkdiyin zəhmətin göründü hər an,
Ömrün uzun olsun ey gözəl insan.
 
Sevdin Allahını, səcdə eylədin,
Yolunu azana düz yol söylədin.
Haqsızlıq önündə heç baş əymədin,
Qıldın namazını qəlbində iman,
Ömrün uzun olsun ey gözəl insan.
 
Haqqın, ədalətin carçısı oldun,
Zəhmətlə ən uca adları aldın.
Sadəydin hər zaman, sadə də qaldın,
And yerin Tanrıydı, bir də ki, Quran,
Ömrün uzun olsun ey gözəl insan.
 
Qəbrin nurlu olsun, Züleyxa ana,
Bir oğul böyütdün, verdin zamana.
Uymadı xəbisə, murdar şeytana,
Kasıba, xəstəyə hey arxa duran,
Ömrün uzun olsun ey gözəl insan.
 
Neçə əsərləri yazdın, yaratdın,
Teatr sənətin canlı yaşatdın.
Bəzən rollarında kədərə batdın,
Çətin günlərində ummadın aman,
Ömrün uzun olsun ey gözəl insan.
 
Rüşvəti sevmədin, halalı yedin,
Sözünü mərd kimi hər yerdə dedin.
Çəkdiyin əməyin bəhrəsin gördün,
Çirkaba batmadı, təmizdi vicdan,
Ömrün uzun olsun ey gözəl insan.
 
Nə varda, nə pulda olmadı gözün,
Yüksək kürsülərdə deyildi sözün.
Dünyanın çox yerin dolaşdın, gəzdin,
Eli, yurdu üçün alışan, yanan,
Ömrün uzun olsun ey gözəl insan.
 
Yadı doğma bildin, arxa dayandın,
Dərdlini halını bilib duyandın.
Səhv yolla getmədin, durub dayandın,
Kişilik əzminə olmuşam heyran,
Ömrün uzun olsun ey gözəl insan.
 
Üzündə nur gördüm, işığı təmiz,
Bir dost təəssüratı, doğmadan əziz.
Lilparam, hər yerdə oldum gülərüz,
Çəkdim bu həyatdan, çəkdim mən yaman,
Ömrün uzun olsun ey gözəl insan.


Firdovsi ƏLƏMOĞLU

Yubileyin mübarək
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr edirəm)

Qardaşım Ağalar
təbrik edirəm,
Ömür gödəlsə də
Sənət gödəlmir.

Açdığın cığırıla
mən də gəlirəm
Qalxdığın bu zirvə
ölçüyə gəlmir.
Baxıram zəhmətlə
ucalır insan,
Sənə töhfə düşür
bu ucalıqdan.

Sənin gözəl üzün,
Xoş təbəssümün
Hər bir oxucuya
tanışdır bu gün.
Sənət zirvəsinə
bu yüksəlməyin,
Hər bir oxucuya
alqışdır bu gün.

Ötsə də ömürdən
bu neçə illər,
Fəqət ağarsa da
qara tellərin
Heç vaxt əyilmədin
Dik oldu başın
Bizlərə örnəkdir
Sənin hünərin!


Nuridə BƏXTİYARQIZI

Yetmiş nədir ki
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna ithaf eləyirəm)

Asta-asta ötüb keçən günlərin,
Hərəsində bir oylağın qalıbdı.
Yetmişinə gəlib çatan illərin,
Hərəsində bir növrağın qalıbdı.

Bölüşübsən sevincini, qəmini,
Ömür adlı gül-çiçəkli zəmini.
Dənizlərdə ləpələnən gəmini,
Hərəsində bir varlığın qalıbdı.

Yetmiş nədi, indən belə yüz yaşa,
Bir arzun da, qoy çıxmasın heç boşa.
Adın zirvələrdə, özün yüz yaşa,
Hər ilində bir arzu da çağlasın.

 

Gülnar TACLI
İçindən nur saçan ömür

(Böyük insan, sözün əsl mənasında içindən nur saçan bir ömür yaşamış Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr eləyirəm )

Uca Tanrının payıdı,
İçindən nur saçan ömür.
Günəşin əkiz tayıdı,
İçindən nur saçan ömür.

Söykənər fəhmə, şüura,
Toxum olar min uğura.
Dünyanı qərq edər nura,
İçindən nur saçan ömür.

Söz qoxuyar, sənət dadar,
Hər zirvəyə əli çatar.
Sabarlara çıraq tutar,
İçindən nur saçan ömür.

Haqq olub, Haqdan görünər,
Ən uca dağdan görünər.
Min il uzaqdan görünər,
İçindən nur saçan ömür.

Söz söyləyər, nəğmə qoşar,
İlahi eşqə qovuşar.
Elin yaddaşında yaşar,
İçindən nur saçan ömür.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" VIII / II hissə13:00, 31 may 2020
Gülağa Tənha Mirzə Ələkbər Sabir məqbərəsi12:11, 30 may 2020
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib 19:19, 29 may 2020
Milli musiqi alətlərimiz mövzusunda növbəti mühazirəni size teqdim edirik: Qolça Qopuz aləti19:15, 29 may 2020
Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VIDEO19:10, 29 may 2020
Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı?– Evdə 2 dəqiqəlik TEST19:07, 29 may 2020
“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika virtual elmi konfransı keçiriləcəkdir 19:00, 29 may 2020
“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir 18:48, 29 may 2020
Dünya azərbaycanlıları birlik və bərabərlik himnimizi ifa ediblər 18:35, 29 may 2020
13-cü "Tələbə baharı" onlayn keçirildi 18:25, 29 may 2020
Oynaqlardan,boyundan duzu çıxaran, ostexondroza qarşı - SİBİR RESEPTİ16:40, 29 may 2020
İ.İbrahimova: “Ağac kəsənlər ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar" 16:38, 29 may 2020
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub 16:34, 29 may 2020
Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı 16:24, 29 may 2020
Gülağa Tənha Hər zaman maliyə dəstəyi ayırmağa hazıram...13:43, 29 may 2020
28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 19:00, 28 may 2020
Astarada əkin sahəsində top mərmisi tapılıb 18:56, 28 may 2020
Ağdaşda 1 tondan çox narkotik bitki yandırılıb 18:18, 28 may 2020
Göygöl rayonunun Quşçu kəndi ərazisində top mərmisi aşkarlanıb 18:08, 28 may 2020
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib 17:51, 28 may 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə