Təqvim
“Naxçıvan dialekt və şivələrinin leksikası” monoqrafiyası Türkiyədə çap olunub (+FOTO)
10 sentyabr 2019 - 23:58

Canveten.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin leksikası” adlı monoqrafiyası türk dilində işıq üzü görüb.

Türkiyənin paytaxtı Ankarada “Gecə Akademi” nəşriyyatında çap olunan kitab türk dillərinin ortaq keçmişinin, o cümlədən dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Vəsaitdə dilimizin qədim mənzərəsini özündə əks etdirən Naxçıvan dialekt və şivələrində işlənən və türk dillərinin bir çoxu üçün ortaq olan leksik vahidlər müqayisəli tədqiqata cəlb edilib.

Bundan əlavə, Naxçıvan dialekt və şivələrinə xas olan atalar sözləri də müqayisəli linqvistik tədqiqata cəlb olunub, onların türk dünyası üçün ortaq bir xəzinə olduğu göstərilib, burada işlənən atalar sözlərinin digər türk dillərində, eyni zamanda qədim lüğətlərdə də mövcudluğu bir daha dilimizin qədimliyini göz önünə sərib.

Monoqrafiyada, həmçinin Naxçıvanın müxtəlif rayonlarından toplanılan dialektoloji materiallar əksini tapıb.

 

Sosial şəbəkələrdə paylaş:
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə