Təqvim
Şəhid Sübhan Həsənovun xatirəsi ehtiramla anılıb Akif Ağayev +FOTO=5
07 dekabr 2022 - 18:17

Masallıda 44 günlük Vətən müharibəsi şəhidi Sübhan Rauf oğlu Həsənovun anım mərasimi keçirilib.

 

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, ağsaqqallar, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Çıxışında 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən bəhs edən RİH başçısı Araz Əhmədov Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli mövqeyindən, ordu-xalq birliyindən, Sübhan kimi qəhrəmanlarımızın Vətənə sədaqətindən danışıb.

 

Şəhidin atası Rauf Həsənov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq bildirib.

 

Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və digər din xadimləri “Qurani-Kərim”dən ayələr oxuyub, mərasim iştirakçıları şəhidin xatirəsini ehtiramla anıblar.

 

Sonra şəhidin məzarı ziyarət edilib, məzarı önünə güllər düzülüb.

 

Qeyd edək ki, Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci il tarixində Masallı şəhərində anadan olub. O, 2007-2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil alıb. Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olub. 2019-cu ilin 30 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. İgid döyüşçü Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmətə başlayıb. Sonra Tovuz döyüşlərində iştirak edib. Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Cəsur döyüşçü oktyabrın 2-də Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra nəşi tapılıb. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında böyük izdihamla dəfn edilib.

 

Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Akif AĞAYEV,

MASALLI.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Cahit Bağçı şəhid Orxanın yas mərasimində 16:55, 28 yanvar 2023
İlham Əliyevin adından Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib 14:24, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO13:13, 28 yanvar 2023
Azərbaycan-Misir sənədləri imzalanıb +FOTO=213:07, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub 13:02, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub +FOTO=212:23, 28 yanvar 2023
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub +FOTO11:15, 28 yanvar 2023
GÜLAĞA TƏNHA: NECƏ UNUDARSAN19:17, 27 yanvar 2023
Baş katib Azərbaycan xalqına başsağlığı VERDİ19:01, 27 yanvar 2023
İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terroru pislədi 18:43, 27 yanvar 2023
Gömrük Komitəsində əməliyyat: Rüşvət alan vəzifəlilərlə bağlı MƏHKƏMƏ QƏRARI23:22, 26 yanvar 2023
GÜLAĞA TƏNHA: DƏLİ EŞQİM16:28, 26 yanvar 2023
Rusiyaya işləyən ukraynalı polkovnik-leytenant həbs edildi 16:15, 26 yanvar 2023
Mirzoyan Borrellə Laçın yolunu müzakirə etdi 22:21, 25 yanvar 2023
Ronaldo üçün eksklüziv saat hazırlandı 22:18, 25 yanvar 2023
Mikroavtobusla yük maşını toqquşdu 22:12, 25 yanvar 2023
Norveç "Leopard 2" tankı tədarük EDƏCƏK22:11, 25 yanvar 2023
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu +FOTO21:44, 25 yanvar 2023
Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib 15:55, 24 yanvar 2023
Alimpaşa Məmmədovun əhalinin siyahıya alınmasına görə mənimsədiyi MƏBLƏĞ15:26, 24 yanvar 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə