O, Tel-Əvivdə keçirilən media brifinqində “Times of Israel” qəzetinin sualına cavab olaraq bunu deyib. “Məncə, sonda ən yaxşısı Fələstin administrasiyasının Qəzza zolağına qayıtması olardı. Bu, ideal deyil və məndən çıxış strategiyasının nə olduğunu soruşsanız, bu, beynəlxalq ictimaiyyətin Fələstin administrasiyasına nəzarəti ələ keçirməsinə kömək etmək olmalıdır. Əvvəllər belə idi. Fələstin Administrasiyasının hələ də Qəzzada 20 minə yaxın adamı var və oradakı bir çox obyekt və təşkilatları onlar tərəfindən uzaqdan idarə olunur”, - o qeyd edib. "HƏMAS yox olana qədər durmayacağıq. Biz Qəzza əhalisi ilə deyil, HƏMAS-la mübarizə aparırıq”, - Lapid deyib. Xatırladaq ki, 2007-ci ildən Qəzza zolağı HƏMAS-ın idarəçiliyindədir.LAPİD: Qəzza HƏMAS-dan alınıb Fələstin administrasiyasına qaytarılsın
İsrail müxalifətinin lideri Yair Lapid hesab edir ki, Qəzza zolağı üçün ən yaxşı həll sahil anklavının Fələstin administrasiyasının nəzarətinə qaytarılması olacaq.
Bütün hüquqlar qorunur © 2024