Gülağa Tənha:
HƏMİŞƏ MƏNİMLƏSƏN
Yuxu kimi gözümdəsən,
Arzu kimi sözümdəsən,
Hara qaçım – özümdəsən,
Sən həmişə mənimləsən.
Ömür adlı həyəcanım,
Damarımda axan qanım.
Sevinməsin niyə canım?
Sən həmişə mənimləsən.
Güllü-çiçəkli yazımsan,
Qəm pərdəli bir sazımsan.
Taleyim, alın yazımsan,
Sən həmişə mənimləsən.
İspaniya, 2001
Bütün hüquqlar qorunur © 2025