Ömürümdən kəsib atın Güıağa Tənha:
SƏNLİ GÜNLƏRİ
Kədərli, qəmli günləri.
Göz yaşlarımdan islanan
Bu qədər nəmli günləri.
.
Məni salıb dişə-dilə,
Qəsd eləyir bilə-bilə.
Daha bəsdi, öz əlimlə
Boğummu çənli günləri?
.
Taleyimə ay bilərəm,
Coşub-daşan çay bilərəm,
Tanrımızdan pay bilərəm,
A gülüm, sənli günləri!..
.
Mart, 1998
Bütün hüquqlar qorunur © 2025