BU KƏND MƏNİ TANIMADI... Məzarlığı özü boyda, Gözü qaynayan qalmayıb, Hay deyəndə qarı çıxır, Ot basıbdı yolu, izi, Min dərdi var, yazan yoxdu, Otunu çalan tapılmır, Qırışla bəzənib yanaq, ...........................Ərkivan, 18.03.1990. Gülağa Tənha:
Heyrəti də gözü boyda.
Göz yaşları üzü boyda,
Bu kənd məni tanımadı.
Toyda oynayan qalmayıb,
Yasda ağlayan qalmayıb,
Bu kənd məni tanımadı.
Hoy deyəndə yarı çıxır,
İniltisi, zarı çıxır,
Bu kənd məni tanımadı.
Ocağında sönüb közü,
Gələn birdi, gedən yüzü,
Bu kənd məni tanımadı.
Avaz gəlir, azan yoxdu,
Ölənə gor qazan yoxdu,
Bu kənd məni tanımadı.
Qaymağı, südü satılmır,
İtlər üstümə atılmır,
Bu kənd məni tanımadı.
Saç ağarıb, niyə danaq.
Görən deyir: «Kimsən, qonaq?»
Bu kənd məni tanımadı.
Bütün hüquqlar qorunur © 2025