Atalar yaxşı deyib, “Əl tutmaq Əlidən qalıb”. Elə tanınmış iş adamı, xeyriyyəçi, nəğməkar şair Gülağa Tənha da uzun illərdir yalnız və yalnız xeyirxah əməlləri ilə qədəm qoyduğu yola məhz bu prinsiplə çıxıb. Gülağa Tənhanı yaxından tanıyanlar yaxşı bilirlər ki, onun xeyriyyəçiliyi yalnız doğulub boya-başa çatdığı Masallı rayonu, ümumən cənub zonası ilə kifayətlənmir. Gülağa Tənhanın xeyirxahlığı bütövlükdə Azərbaycanı əhatə edir. Mübaliğəsiz şəkildə demək mümkündür ki, bu gün respublikanın hər bir bölgəsində Gülağa Tənhanın xeyirxah əməllərindən özünə pay düşən vətəndaşlarımız var. Bunun üçün kimisə əyani şahid kimi tapıb danışdırmaq, məhz Gülağa Tənha böyüklüyü, xeyriyyəçiliyi ilə qarşılaşmış biri ilə söhbətləşməyə gərək də yoxdur. Birincisi, ona görə ki, Gülağa Tənha reklamı sevmir, etdiyi xeyirxah əməllərdə “Sağ əlin verdiyini sol əl bilməz” prinsipini üstün tutur. Ümumiyyətlə, tarixən Hacı Zeynaləbdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov və s. kimi məşhur xeyriyyəçilər də etdiyi xeyirxah əməlləri reklam etməkdən çəkinmişlər. Yalnız illər sonra görülmüş hər hansı bir işin, inşa edilmiş binanın maddi vəsaitinin onlar tərəfindən qarşılandığı cəmiyyətə məlum olmuşdu. Bu gün Gülağa Tənha da öz xeyriyyəçilik əməllərində məhz həmin köhnə kişilərin, sahibkarlıq tariximizin qəhrəmanlarının yolunu davam etdirir. İkincisi isə, Gülağa Tənhanın bu illər ərzində qeyd etdiyimiz kimi təkcə cənub zonası deyil, eləcə də respublika miqyasında gördüyü işlər, həyata keçirdiyi xeyriyyəçilik işlərinin fonunda Onun nə qədər humanist, xeyirxah biri olduğunu görmək mümkündür. Ümumiyyətlə, Gülağa Tənhanın xeyriyyəçilik əməlləri saysız-hesabsız olduğundan bu nəcib işləri bir yazıya, yaxud bir televiziya verilişinə sığışdırmaq qeyri-mümkündür. Bir sözlə xeyriyyəçilik, əl tutmaq Gülağa Tənhanın həyat tərzinə, yaşam amalına çevrilib desək yanılmarıq. Xəzər rayonu Şüvəlan qəsəbəsi 1 saylı və 5 saylı internat məktəbləri, Xətai rayonu Əhmədli qəsəbəsi 3 saylı uşaq evi, müharibə və əmək veteranları pansionatı, 5 saylı respublika kliniki xəstəxanası, eləcə də bu və digər ünvanlar Gülağa Tənhanın daim diqqət mərkəzində saxladığı məkanlardır. Gülağa Tənhanın qayə və məqamı Azərbaycan xalqına məhəbbətini zəhməti ilə ifadə etməkdir. Onu digərlərindən fərqləndirən əsas amillərdən biri ondan ibarətdir ki, Gülağa Tənha dövlətə təmənnasız sevgisini öz xeyriyyəçilik əməlləri ilə bildirir, ortaya qoyur. Məsələn, 2004-cü ildə Afina olimpiya oyunlarında iştirak edən Gülağa Tənha Azərbaycan komandasına maddi və mənəvi dəstək olur. Belə ki, 2003-cü ilin Novruz bayramında Şüvəlan qəsəbəsində yerləşən 5 saylı internat məktəbinə gələn Gülağa Tənha məktəb binasının yararsız olmasını görüb, yeni məktəb binasını inşa etməyi qərara alır və may ayının 10-da Heydər Əliyevin 80 illiyi yubileyi şərəfinə Aavropa standartlarına uyğun 3 mərtəbəli yeni məktəb binası tikməyi uşaqlara söz verir. Çox keçmir ki, 2004-cü ilin may ayının 10-da fidan balalar müasir tipli 3 mərtəbəli yeni binada tədris almağa başlayırlar. 5 saylı məktəbə baş çəkən millət vəkili Mehriban xanım Əliyeva Gülağa Tənhaya öz minnətdarlığını bildirir. 2005-ci ildə, Heydər Əliyev Fondu yaradıldıqdan sonra, Gülağa Tənha öz xeyriyyəçilik fəaliyyətini pərakəndə şəkildə deyil, məhz Heydər Əliyev Fondunun rəhbərliyi altında davam etdirir. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun layihələri əsasında Masallı şəhəri Təzəkənd kənd orta məktəbinin və Şamaxı şəhəri II Cabanı kənd orta məktəbinin yeni binasının inşasını öz üzərinə götürən Gülağa Tənha, hər iki məktəbin tikintisini qəsa bir müddətdə başa çatdırır. 2005-ci ildə Masallı şəhərinin Təzəkənd kənd orta məktəbinin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 750 nəfərlik 2 mərtəbəli məktəbin tikintisini 44 günə başa çatdırmış Gülağa Tənhanı Azərbaycan xalqına can yandıran vətəndaş kimi dəyərləndirir. Ruhiyyə Mehdiyeva Gülağa Tənha (Gulaqa Tenha)Xeyriyyəçilik, əl tutmağı həyat tərzinə çevirmiş iş adamı-
GÜLAĞA TƏNHA
Xeyriyyəçi iş adamı Gülağa Tənhanın təhsil sahəsinə də dəstəyi kifayət qədərdir. Onun himayəsi ilə respublikanın müxtəlif bölgələrində tikilib istifadəyə verilən yeni məktəb binaları gələcəyimiz üçün savadlı kadrların yetişməsində mühüm rol oynayır. İş adamının bu xeyirxah əməlləri yüksək səviyyədə dəstək görür, təqdir olunur.
#gulaqatenha, #gulaqaqanbarov, #gülağatənha, #gülağaqənbərov
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #işadamı #xeyriyyəçi #kitab #şeir #sheir #GülağaTənha #GulaqaTenha #şair #ədəbiyyyat #musiqi #incəsənət #mahnılar #azərbaycan #aze #musiqi #şou #sahibkar #diaspora #masallı #ərkivan #cənubbölkəsi #cənublu #vətəndaş #vətən # # # # # # # # # # # # # # # # # # # #
Bütün hüquqlar qorunur © 2024