Gülağa Tənha:
SƏN GÖRÜŞƏ GƏLƏNDƏ
.
Göylərdən nur tökülür,
Sən görüşə gələndə.
Dünyanın üzü gülür,
Sən görüşə gələndə.
.
Bağda bülbül sevinir,
Qönçəli gül sevinir,
Sən gələn yol sevinir,
Sən görüşə gələndə.
.
Qəlbimdə günəş yanır,
Arzu, ümid oyanır,
Zaman belə dayanır,
Sən görüşə gələndə.
.
Ömrü artır hər anın,
Gülü açır dünyanın,
Sınır beli hicranın,
Sən görüşə gələndə.
.
Cənnət olur çöl-çəmən,
Mələklər enir göydən,
Bəxtəvər oluram mən,
Sən görüşə gələndə.
.
.......................May, 2002
Bütün hüquqlar qorunur © 2024