Gülağa Tənha:
TƏSƏLLİ
.
Dünyanı ağılla tanıya bilsən,
Dünyanı söz ilə oyandırarsan.
Vaxtında sıyırsan söz qılıncını,
Axar suları da dayandırarsan.
.
Sözlə ehya qıldı Füzuli babam,
Dərdin özünü də usandırdı söz.
Duyanın ömrünə ömür olsa da,
Sözü duymayanı utandırdı söz.
.
Şeirim, misralarım haqqın səsidi,
Qələmə girovdu ruhum əzəldən.
Məni incidiblər... Darılmamışam,
İncik düşməmişəm hələ kimsədən.
.
Yaxşı tanıyıram dünyanı, indi
Bir üzü sevincdi, bir üzü qəmdi.
Tənhalıq ömrümün qafiyəsidi,
Təsəllim yazdığım şeirlərimdi…
.
...................................İspaniya,
18 dekabr, 2006
Bütün hüquqlar qorunur © 2025