Gəl əl-ələ tutub gedək,Gülağa Tənha:
KÜLƏK BİZƏ NEYLƏYƏCƏK.
Qəhəri unudub gedək,
Külək bizə neyləyəcək?
.
Gedək oyadaq bulağı,
Yoraq bu yolu-yolağı,
Külək bizə neyləyəcək?
.
Dərdi-qəmi biçib gələk,
Ölümsüzlük içib gələk,
Külək bizə neyləyəcək?
.
Murad alsın izlərimiz,
Daş qanatsın dizlərimiz,
Külək bizə neyləyəcək?
.
Bulud yoxdu yağış yağa,
Gedək, gedək, ay Gülağa,
Külək bizə neyləyəcək?
.
................................Avqust, 1976
Bütün hüquqlar qorunur © 2024