Gülağa Tənha: ÇATMASA Abbas Abdullaya
.
Lənətlərəm yollarımı
İzim dağlara çatmasa.
Sizin dağların sorağı
Bizim dağlara çatmasa.
.
Budaq tək sındırar məni,
Qar kimi dondurar məni,
Ölüncə yandırar məni
Közüm dağlara çatmasa.
.
Sənə qardaşdı Gülağa,
O da meyil salıb dağa.
Mənə lal de, Abbas qağa,
Sözüm dağlara çatmasa!
.
İyun, 2003
Bütün hüquqlar qorunur © 2025