Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. "Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə olunub", - məlumatda deyilir. Hər iki ölkə lideri müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Bütün hüquqlar qorunur © 2025