Qardaş, gen dünyada işıq qədrini,
Gözünə qaranlıq çökənlər bilər.
Ömür nemətinin şirinliyini
Qəhərin qolunu bükənlər bilər.
Bir şirin, bir dadlı yuxu əvəzi,
Gözəllik qoxuyan duyğu əvəzi,
Burda yaxşılığı toxum əvəzi
Ürəyə, könülə əkənlər bilər.
Hər oğul biləmməz mətanət nədi,
Çətinə düşəndə dəyanət nədi,
Ömrə ömür verən səadət nədi,
Həsrətin nazını çəkənlər bilər.
May, 1985
Bütün hüquqlar qorunur © 2023