Təqvim
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda
18 mart 2024 - 18:48

“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda

 

Məlum olduğu kimi, Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bununla əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis olunub. 
Ölkə rəhbərinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakmiyyətinin başçısı Araz Süleyman oğlu Əhmədov, dövlət qulluğu üzrə təqaüddə olan Əməkdar mədəniyyət işçisi Lətifə Əjdər qızı Mövsümova, Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Nuru oğlu Niftiyev, Masallı rayonu üzrə təhsil sektorunun metodisti, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Məhərrəm oğlu Fətullayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüblər.
Bununla əlaqədar olaraq, Masallı RİHB-nın inzibati binasında medalların təqdimetmə mərasimi olub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, bugünkü qalib Azərbaycan Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir: “2023-cü ilin, ümumilikdə, “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsinə geniş imkanlar yaradıb. Müasir müstəqil dövlətimiz Ümummilli Liderimizin ideyaları əsasında inkişaf edir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...”
Sonra Araz Əhmədov təltif olunanlara medalları təqdim edib, onlara səmimi təbriklərini çatdırıb.
Ağsaqqal-ziyalılar da öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini bildiriblər.

 

Akif AĞAYEV
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə