Çapa göndər
Putinlə Paşinyan Qarabağı müzakirə etdi

02 avqust 2022 - 17:46

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə olunub", - məlumatda deyilir.

Hər iki ölkə lideri müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.