Masallıda ilk şəhidlər bulağı hələ ötən əsrin sonlarında tikilib. Qəsəbənin Miyondi məhəlləsinin aşağısında, Şah Səfi ocağının cənub tərəfində inşa edilən o zaman üçün ən möhtəşəm bulaq xeyriyyəçi Gülağa Tənhanın ideyası və vəsait hesabına tikildi. 2-ci Qarabağ savaşından sonra isə Ərkivan qəsəbəsində daha 2 bulaq, Bağlaküçə məhəlləsində Famil Əlizadənin, İsoba məhəlləsində Sahib Şirəliyevin xatirəsinə bulaqlar tikildi. Yanvarın 12-də isə ərkivanlı Sənan Seyfullayevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Allah bütün şəhidlərimizi rəhmət etsin! Cenub.az. Faiq Hüseynzadə, Gülağa Tənha, Zahir Əmənov
Bütün hüquqlar qorunur © 2025