03 may 2022 - 09:23
Masallıda ilk şəhidlər bulağı hələ ötən əsrin sonlarında tikilib. Qəsəbənin Miyondi məhəlləsinin aşağısında, Şah Səfi ocağının cənub tərəfində inşa edilən o zaman üçün ən möhtəşəm bulaq xeyriyyəçi Gülağa Tənhanın ideyası və vəsait hesabına tikildi. 2-ci Qarabağ savaşından sonra isə Ərkivan qəsəbəsində daha 2 bulaq, Bağlaküçə məhəlləsində Famil Əlizadənin, İsoba məhəlləsində Sahib Şirəliyevin xatirəsinə bulaqlar tikildi.
Yanvarın 12-də isə ərkivanlı Sənan Seyfullayevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Allah bütün şəhidlərimizi rəhmət etsin!
Cenub.az. Faiq Hüseynzadə,
Gülağa Tənha, Zahir Əmənov