Təqvim
Gülağa Tənha : “Zəfər qurultayı” tarixin unudulmaz səlnaməsinə yazıldı
26 aprel 2022 - 14:09

Gülağa Tənha : “Zəfər qurultayı” tarixin unudulmaz səlnaməsinə yazıldı


Dünya Azərbaycanlılarının V qurultayının məhz "Şuşa ili"ndə qədim Zəfər qalamızda qeyd edilməsinin çox böyük tarixi və rəmzi məna kəsb edir.Bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını növbəti dəfə bir araya gətirdi. Müzəffər Komandan məhz buna görə də budəfəki toplantını Zəfər qurultayı adlandırdı.

 

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu şəhərin ümummilli birləşdirici məkan və simvol kimi yerini möhkəmləndirdi. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə siyasi paytaxtımız Bakıda keçirilmişdi. Zəfər Qurultayı kimi tarixə düşən Dünya Azərbaycanlılarının V Qurultayının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilməsi və onun həmin tədbirdəki çıxışı göstərdi ki, Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır. Dünya azərbaycanlılarının beşinci qurultayının məhz Şuşada keçirilməsi haqqında Prezidentimiz haqlı olaraq bildirdi ki: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz-Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər”.

 

Hər birimizin ürəyi azərbaycanımızla döyünür.2016-cı ildə özümün də iştirakçısı olduğum, IV qurultay zamanı da Azərbaycan qələbə əhvali-ruhiyyəsində idi. Aprel döyüşlərində əldə edilən qələbədən sonra düşmənin öz ordusu haqqında yaratdığı "miflər" məhv oldu. İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq edərək bildirdi ki, istənilən təxribata cavab veriləcək və növbəti əks həmlələr işğalçı üçün daha betər olacaq. Çox keçmədi ki, Azərbaycan haqq savaşına qalxdı. Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü. 30 illik münaqişəyə son qoyudu və Dağlıq Qarabağ problemini həll etdi. İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə