Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı onun ailəsinə başsağlığı verib. Bu barədə vitse-prezident rəsmi "İnstagram" hesabında paylaşım edib. "Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin" - paylaşımda qeyd olunub.
Bütün hüquqlar qorunur © 2025