Təqvim
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
19 oktyabr 2018 - 17:31

“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalamışdırlar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “”yə verilən məlumata görə, sazişi “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Silk Way Holding” şirkətinin birinci vitse-prezidenti Teymur Məmmədov və  Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid imzalamışdır.

Saziş həm ölkənin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də regional hava limanlarının sərnişin axınının artmasına yönəlmiş birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Aşağıbüdcəli (loukost) aviadaşımalara, eləcə də sərfəli qiymətli üçulduzlu otellərin açılmasına böyük diqqət yönəldiləcək.

Bu gün ölkəmizə əsas turist axını hava daşımalarının payına düşür. AZAL milli aviaşirkəti yaxın və uzaq xarici ölkələrə müntəzəm və çarter reysləri yerinə yetirir.

Gələn ildən başlayaraq Azərbaycanın milli aviadaşıyıcısının donanmasına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da marşrut şəbəkəsinin coğrafiyasını daha da genişləndirməyə imkanı verəcək. Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi xarici aviadaşıyıcıların cəlb edilməsi üzərində fəal şəkildə çalışır.

Qeyd edək ki, 2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 3,49 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici 2017-ci ilin analoji göstəricisindən 10 faiz, 2016-cı ilin göstəricisindən isə 39 faiz çoxdur.

Azərbaycanın artan turizm potensialı sərnişin aviadaşımaları sahəsinin inkişafına, eləcə də yeni ölkə və şəhərlərə reyslərin açılmasına kömək edir. Hazırda Bakı hava limanı 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə