30 il əvvəl dünyanın gözü qarşısında yaşanan vəhşiliyin açdığı yaralar hələ də təzədir, qardaş Azərbaycanın dərdini dərdimiz kimi qəbul edir və dərindən paylaşırıq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatında deyilib. “Xocalı soyqırımında həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, bütün əziz Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatını itirənlərin əziz xatirələrini ehtiramla yad edirik”, - bildirilib.
Bütün hüquqlar qorunur © 2024