Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək. Bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib. Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı. Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü də Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.
Bütün hüquqlar qorunur © 2025