İrəvanda AVRONEST Parlament Assambleyasının iclasının keçirildiyi Dəmirçiyan adına İdman-Konsert Kompleksinin binası yaxınlığında etiraz aksiyası başlayıb. Onlar azərbaycanlı deputatların iclasda iştirakına etiraz edirlər.
"Daşnaksütyun"un təşkil etdiy aksiyada çıxış edən Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan deyib ki, bunun günahı tamamilə Ermənistan hakimiyyətinin üzərinə düşür. Xaricdəki və daxildəki düşmənlər Ermənistanın dövlətçiliyini təhdid edir.
Aksiyada “Türklərsiz Ermənistan” şüarı səsləndirilib.
Xatırladaq ki, fevralın 21-22-də İrəvanda AVRONEST Parlament Assambleyasının büro və komissiyalarının iclasları keçirilir. İclaslarda Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri və Avropa Parlamentinin deputatları iştirak edirlər.
Azərbaycanı iclaslarda parlamentin üzvləri Soltan Məmmədov və Tahir Mirkişili təmsil edir.
Bütün hüquqlar qorunur © 2024