İstanbulun yeni hava limanından ilk uçuşlar Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə ediləcək. Bİ.az xəbər verir ki, bunu Türk Hava Yollarının baş direktoru Bilal Ekçi deyib. O artıq bilet satışlarına başlanıldığını bildirib: “İstanbul Yeni Hava Limanından Bakıya uçuşlarımız üçün biletlər “web/mobil”dən satışa çıxarılıb. İki qardaş dövləti (Azərbaycan və ŞKTC) salamlayaraq səfərlərimizə başlayırıq”.
Bütün hüquqlar qorunur © 2025