Ermənilərin Azərbaycan dövlətinə, azərbaycanlılara qarşı təxribatları ABŞ-da da davam edir. Ötən gecə ermənilər Azərbaycanın Kaliforniyadakı konsulluğu önündəki dirəklərə terrorçu Qurgen Yanikiyanın fotosunu yapşıdırıblar. Bununla bağlı fotoları Azərbaycanın Kaliforniyadakı Baş Konsulu Nəsimi Ağayev öz "Twitter" səhifəsində paylaşıb. Qeyd edək ki, Qurgen Yanikiyan ən qatı erməni cinayətkarlarından və terrorçularından biridir. O, 1973-cü ildə Kaliforniyada türk diplomatlara qarşı sui-qəsd etmiş, onları öldürmüşdü. Nəsimi Ağayev paylaşımında həmçinin Yanikiyanın nə qədər təhlükəli bir cinayətkar olduğunu göz önünə alaraq aidiyyəti qurumların məsələ ilə bağlı qəti mövqe qoymaları barəsində tələbini də vurğulayıb.
Bütün hüquqlar qorunur © 2024