Təqvim
Topxana meşəsinin bərpasına start verildi
08 noyabr 2021 - 17:04

Bu gün ölkəmizin hər yerində qələbə ruhu hakimdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır.

 

Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər.

 

İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib.

 

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağaçəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilib, əraziyə 100 kiloqram palıd toxumu səpilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə