Rusiyada yarasalarda koronavirusun bir çox variantları aşkarlanıb. Bunu "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun genomika və post-genomik texnologiyalar qrupunun rəhbəri Anna Speranskaya deyib. Mütəxəssis izah edib ki, təbiətdə SARS-CoV-2 ilə yanaşı digər koronaviruslar da var və bunlar Rusiyada yarasalarda tapılıb. Ancaq yoxlanılan yarasalarda SARS-CoV-2 variantı hələ ki, aşkar edilməyib. Speranskaya bu yarasaların Rusiyanın bütün regionlarında rast gəlindiyini, ancaq onların az öyrənildiyini vurğulayıb.
Bütün hüquqlar qorunur © 2025