Çapa göndər
Sərhəd qonşumuzda yarasalarda koronavirus aşkarlanıb

05 oktyabr 2021 - 19:13

Rusiyada yarasalarda koronavirusun bir çox variantları aşkarlanıb.

Bunu "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun genomika və post-genomik texnologiyalar qrupunun rəhbəri Anna Speranskaya deyib.

Mütəxəssis izah edib ki, təbiətdə SARS-CoV-2 ilə yanaşı digər koronaviruslar da var və bunlar Rusiyada yarasalarda tapılıb. Ancaq yoxlanılan yarasalarda SARS-CoV-2 variantı hələ ki, aşkar edilməyib.

Speranskaya bu yarasaların Rusiyanın bütün regionlarında rast gəlindiyini, ancaq onların az öyrənildiyini vurğulayıb.