Təqvim
Azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı FƏRMAN
16 sentyabr 2021 - 17:52

Sentyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

 

Fərmanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işinin gücləndirilməsi məqsədilə Nazirlər Kabinetinə beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

 

Bundan başqa, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında ölkəmizin işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etmək, məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etmək, eləcə də bu barədə Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.

 

Fərmanda, Nazirlər Kabinetinə bu sənəddə nəzərdə tutulan plana uyğun olaraq, Agentlik və Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında tapşırıqların bölgüsünün həyata keçirilməsi, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili, Agentliyin maddi-texniki təminatının gücləndirilməsi üçün tədbirlər görmək, habelə ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumat vermək də tapşırılıb.

 

Dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək barədə tapşırıq verilib.

 

Bundan başqa, müəyyən olunub ki, Agentlik tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və Fərmanda nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin.

 

Həmçinin Agentlik minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanda nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin.

 

Eləcə də Agentliyə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanda nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etmək, tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

 

Sənəddə, həmçinin müəyyən olunub ki, minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş şəxsi heyətin işini bu Fərmanda nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər, tapşırıqlar bölgüsünün icrası, minatəmizləmə fəaliyyəti üzrə qüvvə və vasitələri, eləcə də digər müvafiq məlumatları mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər.

Sosial şəbəkələrdə paylaş:
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə