Avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli rayonundan sonra Cəbrayıla səfər ediblər.
Xarici jurnalistlər ermənilər tərəfindən dağıdılan şəhərin qalıqları ilə tanış olublar. Bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin Cəbrayıldan əsər-əlamət qalmayıb, ermənilər buradan müdafiə xarakterli ərazi kimi istifadə edib.
Bütün hüquqlar qorunur © 2024