Təqvim
Gülağa Tənha "Sumqayıt hadisələri" II hissə
01 mart 2021 - 10:56

Xeyriyyəçi - şair Gülağa Qənbərov (Tənha) müsahibə zamanı 1905-1915 - cil ildən dəfələrlə ermənilər tərəfindən təkrarlanmış cinayətlər haqqında danışır. - Bu tarix və hadisələri hər bir azərbaycanlı bilməli və gələcək nəsillərə ötürməlidir ki, bir daha belə bir reallıq və provokasiyalarla rastlaşmasın, rastlaşarsa qarşısıını alabilsin... 

 

 

Bil və xatırla!

28 fevral 1988 - ci il tarixində Sumqayıtda ermənilər tərəfindən hadisələr törədildi...

Qoca və orta yaşlı nəsil bilir, qoy gələcək nəsil də bilsin ki, 27- fevraldan 28 - nə keçən gecə Sumqayıt hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Sabah əllərinə şuar götürüb bu günü xatırlanda bu faktları deyə biləsiniz. Hadisəni törədənlər Azərbaycan dilini yaxşı bilən ermənilərdən ibarət təxribatçı qruplar idi.
1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər dünyasını dəyişir. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olur. Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.


Sonralar Levon Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki,
"Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi."
Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur.
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan bildirmişdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu".
Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir.


Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Hadisələrdən sonra Mixail Qorbaçov demişdi ki, "Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib."
Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsilə nəticələndi.

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə