Təqvim
Koronavirus getdikcə daha öldürücü olur - Bədbin AÇIQLAMA.
14 yanvar 2021 - 21:17

Bir müddət öncə koronavirusun mutasiya olaraq insan üçün təsirsiz ötüşəcəyini deyənlər, deyəsən yanılıblar. Nədən ki, mütəxəssislərin ikinci dalğa adlandırdığı indiki zaman içində koronavirus daha çox can alır.

Tanınmış virusoloq, Türkiyədə çalışan azərbaycanlı professor, biologiya elmləri doktoru Tərlan Məmmədov deyir ki, koronavirusun birinci və ikinci forması olan 2012-ci ildə yayılmiş mers-sars kimi viruslar bir müddət sonra mutasiyaya uğrayaraq həyatımızdan çıxdı, çünki bədənin resseptoru tərəfindən tanınmadı:

“Koronavirusda mutasiya elə ola bilər ki, bizim bədənimizin reseptoru tərəfindən tanınmasın. Hər bir virusun bədənə daxil olmasının bir mexanizmi var. Hər bir virus bədəndə müəyyən bir molekul tərəfindən tanınır və xüsusi bir mexanizmlə bədənə daxil olur.

"Angina tensim konverting enzim" deyilən bir enzim var, əgər bu enzim virus tərəfindən tanınmasa, resseptor kimi enzimə bağlı olmasa, koronavirus bədənə girə bilmir. Virusda elə bir mutasiya əmələ gələ bilər ki, o heç bir resseptora bizim bədənimizdə bağlanmasın. Biz buna yox olub aradan çıxmaq deyirik, çünki belədə vücud tərəfindən tanınmır. Başqa hadisələr də baş verə bilər. Mutasiyalar daha ciddi və öldürücü olur, çünki bu mutasiyalar virusların aktivləşməsinə, bədəndə çoxalmasına daha çox səbəb ola bilir. Yəni mutasiya bədəndə iki cür ola bilər. Birincisi vücud tərəfindən virus tanınmaz, bu artıq virusun yox olub getməsidir. İkincisi isə virus çox aktiv halda tanına bilər".

Tərlan Məmmədov bildirir ki, koronavirus cansızdır, amma biloji varlıqdır, çünki replikasiya olunur:

"Ona görə də virusların mutasiyaya uğraması müxtəlif istiqamətlərdə baş verir. Ya aradan çıxa bilər, ya da daha aktiv ola bilər. İndiki vəziyyətdə yeni koronavirusda daha ciddi təsirlərə malik olan mutasiyalar əmələ gəlir, amma onu resseptor tərəfindən tanıya bilən mutasiyalar hələ ki əmələ gəlməyib. Bu səbəbdən koronavirusdan qurtulmaq üçün tədbirlər görülməlidir. Maskanın taxılması, insanlar arasında sosial məsafənin gözlənilməsi, topluluq olan yerlərə getməmək vacibdir. Vaksin hazırlanana qədər hər kəs əlindən gəldiyi qədər özünü və ətrafını qorumalıdır. Hazırlanan vaksinlərin isə nə dərəcədə qoruyucu olması haqqında hələ dəqiq bir məlumat yoxdur".

Professor insanlara bəzi tövsiyələr də verib. O virusun bədənə daxil olmasını əngəlləyən bir hebitor hazırlayıb:

“Bu, protein tərkibli bir hebitordur. Proteində bitki yarpaqlarından istifadə edərək sintez olunub. Yəni bu, virusun bədənə, hüceyrəyə girməsini əngəlləyən inqibitordur və həmin inqibitorun təbii mənbəyi badamdır. Bu səbəbdən insanlara gündə ən azı 10-15 badam yeməyi məsləhət görürəm".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə