Bu dəfə sizə lirik bir mahnı təqdim edirik! Sözləri iş adamı, şair Gülağa Tənhanın (Qənbərov), musiqisi Rəşad Hüseynovuundur. İfa edir: Miriş Həsənov. Diləyirik ki, ayrılıqlara yalnız musiqidə, oxuduğunuz ədəbiyyatda və ya baxdığınız filmlərdə rastlaşasınız. Ayrılmalı olacağınız bir nəsnə olarsa, o da keçmişiniz olsun, işıqlı, xoş gələcək naminə! Amma unutmaq olmaz, hər başlanğıcın bir sonu da vardır...
GECƏLƏR ULDUZLU SƏMAYA BOYLAN
Burada yolumuz ayrılır demək,
Elə əhdimiz də bura qədərmiş.
Ağrıya-acıya dözəcək ürək,
Sevgimizin sonu qəmmiş, kədərmiş.
Qəfil qonaq kimi,
ilk bahar kimi,
Gəldi sevda dəmi, məhəbbət çağı.
Kökləndi qəlbimdə kamanın simi,
Əridi,
qalmadı gözümün yağı.
Əlvida deyirəm bu ağır anda,
Məni xatırlasan nə alış,
nə yan.
Gözlərin yuxuya həsrət qalanda,
Gözəlim,
ulduzlu səmaya boylan.
İspaniya, sentyabr, 1998
Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons
Bütün hüquqlar qorunur © 2025