Təqvim
Gülağa Tənha Yaralı əsgərlərimizə həsr olunur...
05 dekabr 2020 - 10:00:00

DÜNYA

Yadıma düşəndə cavanlıq dəmi,
Qəlbimə yığılır dünyanın qəmi.
Həyat bir dənizdir, mən tənha gəmi,
Üzdüm gah irəli, gah geri, dünya!
Allah dərgahına tutub üzümü,
Göylərə qaldırdım özüm-özümü.
Sən də insaf elə, kəsmə sözümü,
Dua eyləyirəm bəşəri, dünya!
Göylərə baxıram duman içində,
Daş üstə yatıram al-qan içində,
Vətən həsrətilə hicran içində,
Çəkir imtahana bizləri dünya!
Kimə sevinc verdin, kimə göz yaşı,
Kimə kədər verdin, kimə daş-qaşı,
Gülağa qəm çəkir, ağarır başı,
Vətənin qoynunda yox yeri, dünya!
Sənin o məkrinə, şərinə lənət,
Sənin bu cəhənnəm yerinə lənət.
Namərd ölmüşünə, dirinə lənət,
Diddin caynağında mərdləri, dünya!

Məzari – Şərif, 26 iyun, 1980

 

Təqdim ediyimiz “Dünya” şeiri  xeyriyyəçi – şair Gülağa Tənha (Qənbərov) tərəfindən Əfqanistan müharibəsində yaralandığı ərəfələrdə yazılmışdır. Müxtəlif xanəndələr, müğənnilər bu şeirə müraciət edərək səsləndirmişdilər. Onlardan biri də Xalq artisti Gülyaz Məmmədovadır. O, müəllifin iştirakı ilə televiziya kanalların birində məhz “Dünya” şeirinin segah üzəriudə ifa etmişdir. Həmin video yazıya video link bölməsində baxa bilərsiniz. Şair Gülağa Tənhanın bu şeirini sinvolik olaraq yaralı əsgərlərimizə, qazilərimizə həsr edirik...

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə