Təqvim
Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir?
03 dekabr 2020 - 13:18

Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimsir? – DOSYE

Ermənistanın 17 siyasi partiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Onlar bu posta namizəd olaraq 74 yaşlı Vazgen Manukyanı irəli sürüblər.

Ermənistanın keçmiş müdafiə naziri və İctimai Şurasının sədri olan Manukyan ölkə siyasətinin ən yaşlı simalarından biri sayılır.

 

Vazgen Manukyan Qarabağdakı separatçı hərəkatın başında duran şəxslərdən sayılır. O, “Qarabağ” komitəsinin üzvü olub.

1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Vazgen Manukyan Ermənistan hökumətinə başçılıq edib. 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri səlahiyyətlərini icra edib.

 

Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib.

 

 

1990-cı illərinə əvvəllərində “Milli Demokratik Qüvvələr” adlı partiya yaradıb. 1995-2007-ci illərdə dəfələrlə ölkə parlamentinə üzv seçilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan Yerevanda aksuyalar keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək “Vernatun” adlı ictimai-siyasi klub yaradıb.

 

 

Vazgen Manukyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edən siyasətçilərdən biri olub. O Qarabağ döyüşləri davam edən sırada baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı. Modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə