Bu dəfə sizə xeyriyyəçi-şair Gülağa Tənhanın öz səsində “ Gedirsən arxanca gözüm yaş tökür” şeirini təqdim edirik. Şeir şairin on cildlik kitabının II cildində yer alır. Kitabda yazılan tarixdın bəlli olur ki, şeir 1999 – ci ildə Moskvada yazılmışdır. GEDİRSƏN, ARXANCA GÖZÜM YAŞ TÖKÜR… Gedirsən, ömrümün cığırlarında, Sənli günlərimin közü qalıbdı. Əlində əlimin odu-atəşi, Üzündə gözümün izi qalıbdı. Ömrünü-gününü ünvan elədin, Niyə inadınla yad daşı üçün?! Sabit eksponat olub xatirən Gülağa Tənhanın yaddaşı üçün. Gedirsən, a zalım, tənhalaşıram, Titrəyir ocağım, qaralır közüm. Kövrək xatirənlə pıçıldaşıram, Gedirsən, arxanca yaş tökür gözüm… Getdin… Xatirələr burulğanında, Sən özün özünü itirəcəksən. Tənhadan ayrıldın… Ömür tağında Acı bir tənhalıq bitirəcəksən... Moskva, 1999 #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons
Bütün hüquqlar qorunur © 2025