Təqvim
Gülağa Tənha İgid döyüşçülərimizin hər biri əzizimizdir
02 dekabr 2020 - 10:00:00

Gülağa Tənha " HARDASAN? "


Sənsiz odu sönmüş ocaq kimiyəm,
Qanadı qırılmış soraq kimiyəm,
Titrəyən, uçunan çıraq kimiyəm,
Hardasan?
Ümid bağlayıram hər gələn ilə,
Bacara bilmirəm ürəyim ilə.
Məni intizarda üzürsən hələ,
Hardasan?
Bu günün içindən dünənə döndüm,
Çiçəyi saralmış çəmənə döndüm,
Təbrizi dolaşdım, Yəmənə döndüm,
Hardasan?
Günəşi gülməyən səhər kimiyəm,
İndi könül dağı, ürək qəmiyəm,
Ruhu dağ-dağ olan can sitəmiyəm,
Hardasan?
 


Xeyriyyəçi-şair Gülağa Tənhanın “Hardasan?” şeirini Azərbaycan Televiziyasının istesalı olan “Sən həmişə mənimləsən” filmin üzərində təqdim edirik. Məhz bu buraxılışı və şeiri bu ilin 27 sentyabırından bu yana, hələ də xəbəri gəlməyən döyüşçülərimizin əziz xatirəsinə həsr edirik. Şəhidlərimizi dərin sükutla yadd edir, əzizlərinə Allahdan səbir diləyirik… İgidlərimiz daim xatırlanacaq, çünki hər biri məhz öz əlləri ilə tarix yazdı. Bu qələbə bizim yeni müstəvidə birliyimizin başlanğıcı oldu...
 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons 
 
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə