Necə deyərlər əhdimiz gerçək oldu: 5 noyabr tarixində xeyriyyəçi – şair Gülağa Tənhanın kitab təqdimatını təqdim etdiyimizdə, tezliklə zəfər çalıb, qələbə mahnılarımızı səsləndirməsini arzulamışdıq. Bu gün sevgili Kəlbəcərimiz işğaldan azad olunaraq Azərbaycanımıza qaytarıldı! Ən böyük qalibiyyət döyüşmədən əldə edilən zəfərdir. Şüphəsiz bu sözün alt qatında mübarizə vardır və biz bu mübarizəni otuz ilə yaxındır ki, aparırdıq. 27 sentyabrdan başlayan “Vətən müharibəsi” məhz bu istiqamətə köklənmişdir. 20 noyabr Ağdam, 25 noyabr Kəlbəcər. Adı çəkilən torpaqlarımız düşmənə tabe olmağa vadar edərək, bizim olanı özümüzə qaytardıq. Çoxumuzun masasının üzərində olan təqvimə baxdıqda, bir birinin ardınca yazılan rayonlarımızın adlarını görürdük, bu adların qarşısında hər birinin qarşısında işğal olunduqları gün, ay, il yazılırdı. Beləcə, təqvimdə xeyli sayda içimizi göynədən günlər vardı. Bugündən etibarən o təqvimi zəfər təqvimi ilə əvəz edəcəyik. Daha matəm günlərini deyil, qələbə, mərdlik- cəsarət günü kimi tarix yazılan anları xüsusi günlər kimi xatırlayıb, bayram edəcəyik. Kəlbəcərin simasında sinvolik olan bütün qızıl yataqlarımız olan Qarabağ torpağımızı azad etdik. Biz qayıdıb gəldik, Vətən! Ürəyi Azərbaycanla döyünən hər birimizi təbrik edirik! Gülağa Tənha "VƏTƏN" Vətən, sənə qurban olum, Dekabr, 2000 Əvvəlki buraxılış: https://azpress.az/index.php?lang=az§ionid=news&id=101511 #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons hazırladı: Ağa M. A
Havam, suyum, çörəyimsən.
Yenə sənə düşdü yolum,
Sən həmişə gərəyimsən.
Sənə bağlıdı hər sözüm,
Ölüncə kül olmaz közüm.
Duyan qəlbim, görən gözüm,
Vuran qolum, biləyimsən.
Sən mənim dövlətim, varım,
Gül-çiçəkli bir baharım.
Sevgin axan şah damarım,
Sən döyünən ürəyimsən.
Bütün hüquqlar qorunur © 2025