Təqvim
Dirçəlişin mübarək Qarabağ!
19 noyabr 2020 - 11:51

Oğuz türkünün heç bir dövlətdən asılı olmayan Oğuz dövləti, dillərdə əzbər olan "Kitabi - Dədə Qorqud" dastanı olub. Qafqazda - Azərbaycanda VI əsrin sonu VII əsrin əvvəllərindən məskunlaşan, qəhrəmanlıq səlnamələri yaradan, tarixlər yazan bu qədim xalqın hər zaman qarşısını mayaları məkrlə, yalanla yoğrulmuş düşmən, paxıllıq, kin hisslərinə bürünmüş və işğalçılıq siyasətinə hakim kəsilmiş qara, qorxunc qüvvələr kəsib.
 

Bütün bu məşəqqətlərə, qəmli, ələmli günlərə baxmayaraq ulu xalq tarixin hər dönəmində çətinliklərə sinə gərməyi bacararaq, döyüşlərdən üzü ağ, alnı açıq çıxmağı bacarmışdır. Bədxah, şər qüvvələr üzərində qələbə çalan xalqımız sözsüz ki, anadan qəhrəman doğulan xilaskar oğul və qızlarına borcludur. Onların əməyi sayəsində qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edərək 1918-ci il may ayının 28-də Şərqdə ilk dövlət qursa da, respublikanın demokratik daxili siyasətindən sui-istifadə edən bolşeviklərin, erməni daşnaklarının və 5-ci kalonun "qurbanı" olaraq cəmi 23 ay yaşaya bilmişdi.
 

Demokratik Cümhuriyyətimiz mənəvi olaraq bürokratik Sovetlər dövründə mənliyini, qürurunu qorumuş, özünün milli-mənəvi dəyərlərinə sahib çıxmağı bacarmışdır. Şübhəsiz ki, "Xalqlar həbsxanası" adlanan bu birlikdə milli-mənəvi dəyərləri yaşatmaq, öz soy kökünə, milli kimliyinə sadiqlik göstərmək həm çətin, həm də təhlükəli idi.
 

"Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Bu dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz" - deyən Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın I katibi seçilməsi ilə xalqın milli ruhunun inkişafı və mənəviyyatının tərəqqisi dövrü başlandı.
 

Heydər Əliyev Azərbaycan xalqının tükənməz sərvəti idi. Onun sərvəti isə müdriklərimizin: "Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir" - kəlamının reallığı idi.
 

Heydər Əliyev həm dövlət quruculuğunda, həm də xalq, millət quruculuğunda yorulmaq bilmədən həmvətənlərinin azad gələcəyi, işıqlı sabahları üçün çalışırdı. Bunun nəticəsi idi ki, milli özünüdərkin, milli özünəqayıdışın nə olduğunu anlayan ulu xalq 1980-ci illərin sonlarında dəniztək coşdu, vulkantək od püskürdü, ildırımtək çaxdı.
 

Ümummilli liderin sayəsində mütəşəkkillik tapan, milli birlik qazanan xalq Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldıraraq, 1988-ci il noyabrın 17-də Bakı şəhərində Azadlıq meydanına axışmaqla Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmin dəstəkləyən qüvvələrə, xalqın mənafeyini qorumayan qaniçən rejimə qarşı yumruqtək birləşdi. Xalqın azadlığa gedən yolu Azadlıq meydanından keçdi.
 

Sovet ordusunun əhaliyə qarşı amansız münasibəti meydan hərəkatını yatırdı, ancaq xalqın azadlıq ruhunu yatıra bilmədi, sülhsevər insanları zindana saldı, ancaq xalqı ruhdan sala bilmədi. Qarşıdakı illərdə xalq müsibətlər hesabına öz müstəqilliyini qurdu. Ancaq təəssüf olsun ki, işbilməz, yarıtmaz siyasi rəhbərlər xalqa sahib çıxa bilmədi.
 

1988-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarına cavab olaraq Azadlıq meydanına axışan xalq 1992-1993-cü illərdə səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində əbədi və əzəli torpaqlarından didərgin salındı, azadlıqları əlindən alınaraq qaçqın və məcburi köçkün düşdü.
 

Xalqın tələbi, rəhbərinə sonsuz inamı ilə Ulu öndərin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi xalqın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
 

Beləliklə, Heydər Əliyev müasir və müstəqil Azərbaycanın şanlı tarixini yazdı.
 

Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi xalqın dediyi kimi: "Heydər Əliyev Azərbaycanı" - 15 iyun 1993 -cü il qurtuluşunun, 17 noyabr 1988-ci il dirçəlişinin timsalında bütün milli bayramlarını dərindən nəfəs alaraq, könül xoşluğu, ürək açıqlığı ilə qeyd etməyə başladı.
 

Bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasəti, azərbaycançılıq idealogiyasını Cənab Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Heydər Əliyevin yarımçıq qalmış işlərini uğurla tamamlayan Ali Baş Komandanımız əzəli torpaqlarımızı yağı düşməndən təmizləməklə yanaşı, Ulu Öndərimizin müqəddəs vəsiyyətini yerinə yetirərək qədim Şuşa şəhəri daxil olmaqla Qarabağ torpaqlarını əsl Ali Baş Komandan şücaəti, qətiyyəti göstərərək şanlı ordumuzun qüdrəti hesabına işğaldan azad edir.
 

Bu qələbələrin kökündə, mayasında rəhbər-dövlət-ordu-xalq birliyinin bərabərliyindən alınan güclü inam, möhtəşəm və sarsılmaz bağlılıq dayanır. Heydər Əliyev siyasətinin uğurunu canı və qanı bahasına əməllərində yaşadan, gördüyü işləri ilə reallığa çevirən Ali Baş Komandanımızın gücünə güc qatan 2020-ci ilin 14 iyulu oldu. Xalq yüksək birlik, mütəşəkkillik göstərərək: "Ali Baş Komandan, silah ver bizə", "İrəli, irəli, Azərbaycan əsgəri‘’, "Şəhidlər ölməz, vətən bölünməz’’ - şüarları ilə Azadlıq meydanına axışdı.
 

Xalq 1988-ci ilin 17 noyabrının təkrarını yaşadı. Bu dəfə müstəqil və müasir ölkənin vətəndaşı olaraq, qüdrətli Ali Baş Komandanına inanaraq, şanlı ordusuna güvənərək yaşadı. Bu ulu xalq bir daha boy atdı, dirçəldi. Bu dirçəliş yenə də Azadlıq meydanından başladı və Qarabağda - Şuşada zəfər bayrağımızın ən uca zirvəyə ordumuzun səyi nəticəsində sancılması ilə tamamlandı.
 

Cənab Prezidentimiz İlham Əliyevin 16 noyabr tarixində müqəddəs Cəbrayıl rayonuna - Xudafərin körpüsünü ziyarət etməsi 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımıza yenidən həyat verdi. Və Ali Baş Komandanımız bir daha sübut etdi: Qarabağ Azərbaycandır!
 

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə