Şahmat oyunların, yarışların şahıdır. O, göstərir ki, ağılın, zəkanın yaşı yoxdur. Xeyriyyəçi-şair Gülağa Qənbərovun (Tənha) Azərbaycan Şahmatına göstərdiyi qayğını silsilə olaraq təqdim etməyə davam edirik. Bu dəfə Azərbaycan və Gürcüstan qrossmeysterləri arasında keçirilən beynəlxalq turnirin açılış mərasimində Gülağa Qənbərov bildirir ki, məqsədim Azərbaycana nəiləsə kömək etmək, idman sahəsinə də dəstək olmaqdır, Sonra Azərbaycan və Gürcüstan münasibətlərinə vurğulayaraq, mübarizəni yalnız şahmat taxtasında aparılmasını, həyatda isə sülh, birlik və dostluq əlaqələrini möhkəmləndirərək əminəmanlıqda yaşamağı diləyir... Yarış açıq elan olan olunur və yarış başlayır. Ətraflı video linkdə... Şahmat oyununun tarixi: Şahmat oyunu 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb. Rəvayətə görə hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı – ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün? Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: Nə arzun varsa, de, yerinə yetirim. Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4, dördüncü xana üçün 256 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir. İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır. Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə... 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır. #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons
Bütün hüquqlar qorunur © 2021